İordaniyada toplaşan minlərlə insan Fələstin sərhədinə axın etdi - VİDEO
Ötən gün minlərlə insan İordaniyada toplaşaraq Fələstin sərhədinə axışıb.
"Haber7com" xəbər verir ki, İsrail polisi sərhədə toplaşan iordaniyalılara müdaxilə edib.
Xatırladaq ki, İordaniya Daxili İşlər Nazirliyi ölkənin Fələstin sərhədində nümayişlərə icazə verilməyəcəyini açıqlayıb.
“Xalqın təhlükəsizliyini və Fələstin torpaqlarında baş verənlərlə bağlı öz hisslərini qanuni şəkildə ifadə etmək hüququnu təmin etmək üçün Aqvar və sərhəd bölgələrində toplantı və nümayişlərə icazə verilə bilməz.
Təhlükəsizlik qüvvələri bu cür nümayişlərin qarşısını almaq üçün hər cür tədbir görəcək. Aqvar və Fələstin sərhədi boyunca onu əhatə edən ərazilərdə toplaşmalar qadağan edilib. Həmin ərazilərdə İordaniya Silahlı Qüvvələri məsuliyyət daşıyır”.
Nazirliyin bəyanatı cümə günü Fələstin sərhədindəki İordan Vadisində (Aqvar) "Fələstinə dəstək nümayişi" çağırışlarından sonra verilib.
Videoda həmçinin livanlı gənclərin İsraillə sərhəddəki hasara çıxdıqları da əks olunub.