Terrorçular hərbçilərə hücum etdi: ölən və yaralananlar var



 

Suriyanın Latakiya əyalətində hərbçilərlə “Cəbhət ən-Nusra” terror qruplaşması arasında silahlı toqquşma zamanı 11 nəfər həlak olub.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, qarşıdurma zamanı həlak olanlardan 6-sı cinayətkar təşkilatın üzvü olub.

Qeyd edilir ki, terrorçular əyalətin şimalındakı Tellet əl-Burkan bölgəsində pis hava şəraitindən istifadə edərək əsgərlərə hücum edib.