ABŞ orbitə casus peyklər göndərəcək



 

ABŞ iki casus peykini sınaqdan keçirməyə hazırlaşır.

SeherXeber.org xəbər verir ki, “Jackal” peyki kosmosda hərbi əməliyyatlar aparmaq üçün nəzərdə tutulub.

Casus peykin buraxılması 2023-cü ilin oktyabr ayına planlaşdırılır.

Qurğular orbitə “SpaceX” raketi ilə göndəriləcək.

Qurğu digər peyklərlə yanaşı manevr edəcək.

Amerika casus peykləri müşahidə və silah sistemlərini aşkarlaya və rabitə vasitələrinə müdaxilə edə biləcək.