ABŞ səmasına daxil olan Çin aerostatı... 



 

"SeherXeber.org" xəbər verir ki, ABŞ üzərində görünən Çin şarı külək səbəbindən marşrutunu ciddi şəkildə dəyişib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Pekin fors-major şəraitə görə hava şarının səhvən ABŞ ərazisi üzərində uçmasından təəssüflənir”, - XİN-dən qeyd olunub.

Qeyd edək ki, 2 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub.

Röyal