Ukrayna müharibəsi: ABŞ-dən şok təklif



 

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukrayna ərazilərinin 20%-nin müqabilində müharibəni bitirmək planını təklif edib.

SeherXeber.org ” xəbər verir ki, belə bir sensasion iddia ilə İsveçin “Neue Zürcher Zeitung” (NZZ) mediası çıxış edib.

NZZ-nin yazdığına görə, 2023-cü il yanvarın ortalarında ABŞ Prezidenti Co Bayden MKİ direktoru Uilyam Börns Ukrayna və Rusiyanın danışıqlara hazırlığını öyrənməyi tapşırıb. Börns Kiyevə son səfərində “torpaq müqabilində sülh” və Moskvaya “sülh müqabilində torpaq” təklif edib. Kiyev təklifə razı olarsa, o zaman haradasa 20 faizini itirməsi deməkdir. 

NZZ yazır ki, Kiyev bu təklifdən imtina edib, Moskva isə hələ də uzunmüddətli perspektivdə müharibədə qalib gəlməyi ümid edir.

Mürtəza
SeherXeber.org