Bolqarıstan Prezidenti parlamenti buraxdı



 

Bolqarıstan Prezidenti Rumen Radev 48-ci Milli Məclisin fevralın 3-də buraxılması və parlament seçkilərinin aprelin 2-nə təyin edilməsi haqqında fərman imzalayıb.

SeherXeber.org  xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bolqarıstan Prezidenti başqa bir sərəncamla Qılıb Donevin başçılıq etdiyi yeni texniki hökuməti təyin edib.