Sammitin başlamasına az qalmış iqamətgah vuruldu



 

Somali prezidentinin Moqadişodakı iqamətgahı minaatanlardan atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə “Somali Quardian” məlumat paylaşıb.

Bildirilib ki, iqamətgahın darvazalarına bir neçə mərmi düşüb.

Qeyd edək ki, zərbələr Keniya, Efiopiya, Cibuti və Somali liderlərinin Əş-Şəbaba qarşı mübarizə sammitinin başlamasına az qalmış endirilib.