Minus 50 dərəcə temperaturda olan şəhər - VİDEO



 

Rusiyada qarla örtülmüş Yakutsk şəhəri -50 temperaturda lentə alınıb.

Milli.Az bildirir ki, Rusiya şəhərinin kadrlarını videoqraf Mayk Mixaylyuk öz İnstaqram səhifəsində yayımlayıb.

Video sənətçinin çəkdiyi kadrlarda şəhər əhalisi görünmür - yalnız qar, buz və şaxta, şəhər "buzlu" mavi işıqla işıqlandırılıb. Paylaşımın altındakı şərhlərdə Mixaylyukun bəzi abunəçiləri qeyd ediblər ki, bu videoya baxmaqdan üşüyürlər.

Digərləri, Yakutiya sakinləri əlavə ediblər ki, -50 respublikada yaşadıqları ən pis temperatur deyil. "-50 normadır. Kəndimdə -65, mən Yakutiyadanam", - deyə abunəçilərdən biri yazıb.