Putin: "Səni incitmək istəmirəm, ancaq bir raketlə..."



 

“Bir dəqiqə vaxt aparacaq və hər şey həll olunacaq”

Rusiya prezidenti Putin Ukraynaya hərbi təcavüzdən əvvəl telefon danışığı zamanı məni raket hücumu ilə hədələdi.

SeherXeber.org ” BBC-yə istinadən xəbər verir ki,  bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib.

Telefon danışığı zamanı Conson Putinə müharibənin tamamilə fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyalarına və Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına səbəb olacağı barədə xəbərdarlıq edib. O, həmçinin Putinə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını bildirib. 

“Bir anda o, məni hədələdi və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə  cəmi bir dəqiqə vaxt aparacaq. Hər şey  həll olunacaq” və ya buna bənzər bir şey”- Conson qeyd edib.

 Mürtəza
SeherXeber.org