Türkiyə müxalifəti gələn ay prezidentliyə namizədini açıqlayacaq



 

Türkiyədə Millət İttifaqı (6 müxalif partiya) Prezident seçkilərinə namizədinin adını 13 fevralda açıqlayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, Türkiyədə Preizdent seçkilərinin mayın 14-də keçirilməsi gözlənilir.