"Arsenal" Kvaratsxeliyanı transfer edə bilər - Qiymət



 

İtaliya "Napoli"sinin futbolçusu Xviça Kvaratsxeliya İngiltərənin "Arsenal" komandasına keçə bilər.

SeherXeber.org xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Mixail Mudriki heyətinə qata bilməyən "topçular" əvəzində gürcüstanlı vingeri transfer etmək istəyir.

Lakin London klubunun rəhbərliyi başa düşür ki, Kvaratsxeliyanı almaq çətin olacaq. Çünki transferin təxmini məbləği 100 milyon avrodan çox ola bilər.

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın "Napoli" ilə 2027-ci ilin yayınadək müqaviləsi var.