Vilayət Eyvazov onu rəis təyin etdi



 

Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə yeni rəis təyin edilib.

"Ölkə.az" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Fuad Salmanov Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Salmanov bundan öncə Ağcabədi Rayon Polis Şöbəsində çalışıb.