"Yuventus" ona 110 milyon qiymət qoydu



 

“Yuventus” futbolçusu Duşan Vlahoviçi satmağa razılıq verib.

SeherXeber.org xəbər verir ki, İtaliya klubu serbiyalı hücumçu üçün istədiyi məbləği də açıqlayıb. Turin təmsilçisi forvardın transferindən 110 milyon avro qazanmağı planlaşdırır. Duşanın xidmətində “Arsenal”, “Barselona” və “Bayern” maraqlıdır.

Bir müddət öncə hücumçunun özü İngiltərə çempionatında çıxış etmək arzusunda olduğunu açıqlayıb.

Qeyd edək ki, "Yuve" Vlahoviçi ötən ilin yanvarında "Fiorentina"dan 70 milyon avroya transfer edib.