"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted"də - RƏSMİ



 

"Mançester Yunayted" heyətinə yeni hücumçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, İPL təmsilçisi mövsümün yarısını icarə əsasında "Beşiktaş"da keçirən "Börnli"nin futbolçusu Vut Veqxorstı transfer edib. 

Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. 
Mankunianlar 30 yaşlı forvardı icarəyə götürüb. Onun sözləşməsi 30 iyun 2023-cü il tarixində başa çatacaq. 
Qeyd edək ki, Vut "Beşiktaş"ın heyətində 18 matçda meydana çıxıb və 9 qol vurub. Niderlan millisinin üzvü DÇ-2022-də isə 4 oyun keçirib və 2 dəfə fərqlənməyə müvəffəq olub.