"Milan" Premyer Liqanın ən bahalı oyunçusunu transfer edir



 

"Milan" klubu səs-küylü transferə hazırlaşır.
 
SeherXeber.org Fanat.Az -a istinadən xəbər verir ki, söhbət "Mançester Siti"nin ulduzu Cek Qrilişdən gedir.
 
Ancaq İtaliya nəhəngi bu transferi yaya planlaşdırır.  "Mançester Siti"nin "Aston Villa"ya 117,5 milyon funt-sterlinq ödəyib əldə etdiyi 27 yaşlı futbolçunun keçidini reallaşdırmaq üçün Rafael Leanı satmağa hazırlaşan "Milan" portuqaliyalının satışından irəli düşmək istəyir. Leaonun İtaliya klubu ilə müqaviləsinin bitməsinə hələ il yarım qalıb. "Milan" onu pulsuz itirməmək üçün qışda, ən pis halda, yayda satmalı olacaq.