İbrahima Vadji "Sent-Etyen"dən ayrıla bilər - SƏBƏB



 

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubundan ayrıla bilər.

SeherXeber.org “peuple-vert.fr”ya istinadən xəbər verir ki, seneqallı hücumçu mövsümün əvvəlində keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmayıb.

Baş məşqçi Loren Battlzın tələbi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaqda israrlıdır.

Qeyd edək ki, “Qarabağ” Vadjini bu ilin avqustunda “Sent-Etyen”ə satıb. Komandası ilə 3 illik müqavilə imzalayan 27 yaşlı hücumçu indiki komandasında 10 oyunda 3 qol vurub.