Azərbaycanla Kamboca arasında bu şəxslər üçün viza tələbi aradan qaldırılıb



 

Azərbaycanla Kamboca arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb.

SeherXeber.org -ın xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.