İrəvandan Marqarita Simonyan qadağası ilə bağlı açıqlama



 

Təbii ki, başqa ölkəni təmsil edib-etməməsindən asılı olmayaraq, ölkənin suveren ərazisinə hörmətsiz münasibət göstərən, bəyanatlar verən heç bir şəxsə Ermənistan biganə qala bilməz. 

SeherXeber.org ” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsində Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması qərarını şərh edərkən bildirib.

“Bizim üçün Ermənistan və onun sərhədləri qırmızı xətdir, ona görə də bütün tərəfdaşlar bunu nəzərə almalıdır” - Simonyan vurğulayıb.

“Russia Today”in baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulmasına gəlincə isə spiker onun barəsində bunları deyib: “İstisna etmirəm ki, həm onun, həm də onun əri, erməni soyadlı müxtəlif ölkələrdən agentləri və manqurtları var ki, onlar Ermənistana, onun müstəqilliyinə, Ermənistanın keçmiş rəhbərlərinə hörmətsizlik göstərərək çoxlu təhqiramiz ifadələr səsləndirirlər... Ona görə də Marqarita Simonyan, əri və digər agentlərinin Ermənistana girişinə qadağa qoyulacağını istisna etmirəm”, - Simonyan bildirib.

Mürtəza
SeherXeber.org