“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol təsdiqlənib



 

Prezident İlham Əliyev “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

SeherXeber.org -ın xəbərinə görə, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.