“İlham Əliyev bu məsələdə müsbət fikirdədir”



 

“Hazırda Avropa Rusiyadan istədiyi anda istədiyi kimi təbii qaz ala bilmir”.

SeherXeber.org ” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, Avropanın hazırda gözləntiləri Türkiyədə qaz qovşağının yaradılması halında tələblərin qarşılanıb-qarşılanmamasından ibarətdir.

Ərdoğan, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Avropanın qaz ehtiyacının  “TANAP” vasitəsilə təmin olunması məsələsində müsbət fikirə sahibdir.