Rusiya XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ



 

Qarabağda birinci və ikinci müharibələr zamanı baş verən bütün hadisələr, o cümlədən hərbi cinayətlərin əlamətlər hərtərəfli təhlil tələb edir.

SeherXeber.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova bildirib.

“Bütün belə hallar, o cümlədən müharibə cinayətlərinin əlamətləri dərhal və hərtərəfli təhlil tələb edir. Biz ondan çıxış edirik ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin (10 noyabr 2020-ci il. – red.) bütün müddəalarına, o cümlədən həll edilməmiş məsələlərin həllini tapması üçün əməl etməlidir. Bu, həm də hərbi əsirlərin mübadiləsinə, itkin düşənlərin taleyinin öyrənilməsinə, regionda mədəni-humanitar irsin qorunmasına da aiddir”, - Zaxarova bildirib.