Məşhur aktrisa vəfat etdi



 

Türkiyənin məşhur aktrisası Füsun Günuğur dünyasını dəyişib.

SeherXeber.org xəbər verir ki, bu haqda Dövlət Teatrları Baş İdarəsindən Mustafa Kurt məlumat verib.

“Türk teatrının dəyərli adlarından olan, sənətkarımız Füsun Günuğurun vəfat xəbərini böyük kədərlə öyrəndim. Allah sənətkarımıza rəhmət eləsin, ailəsinə və sənət dünyamıza başsağlığı verirəm”, - deyə o bildirib.

Qeyd edək ki, aktrisa “Gönül Yokusu” , “Oyun Bitti” və “Beni Unutma” filmləri ilə böyük izləyici kütləsi toplayıb. Füsun Günuğur 2008-2016-cı illərdə yayımlanan "Beni unutma" serialının 1702 bölümündə oynayıb.(qafqazinfo)