Qara Qarayev sabah "Sürix"lə oyuna çıxacaq? - RƏSMİ CAVAB



 

"Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev sabah İsveçrədə "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnufat mərhələsinin cavab oyunu öncəsi zədəsini sağalda bilib.


"SeherXeber.org" xəbər verir ki, bu barədə baku.ws-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib:

"Qara Qarayevin zədəsi sağalıb. Komanda ilə tam şəkildə məşq edir. Lakin onun meydana çıxıb-çıxmayacağı ilə bağlı baş məşqçi Qurban Qurbanov qərar verəcək".