Məhəmməd Əlinin kəməri rekord qiymətə satıldı - Foto



 

Əfsanəvi boksçu Məhəmməd Əlinin çempionluq kəməri hərracda rekord qiymətə satılıb.

"SeherXeber.org" xarici mətbuata istinadən xəbər verir ki, mərhum boksçunun Corc Formanla döyüşündə qazandığı kəməri “Indianapolis Colts” klubunun sahibi, idman əşyalarının kolleksiyaçısı Cim İrsi 6,18 milyon dollara alıb.

Bu məbləğ indiyə qədər idmanla bağlı hərraca çıxarılan əşya üçün ən yüksək qiymətlərdən biri hesab olunur.