Polşalı MMA çempionu müharibədə həlak olub



 

Polşalı MMA döyüşçüsü Tomek Valentek Ukraynada dünyasını dəyişib.

Polşa MMA Assosiasiyasından xəbər verilib ki, idmançı Rusiya ilə müharibə zamanı Donbassda həlak olub.

O, könüllü olaraq Ukraynada beynəlxalq müdafiə legionunun tərkibində döyüşüb.

Qeyd edək ki, Tomek Valentek Qlivitsedə təşkil edilən ikinci MMA çempionatının qalibi olub.