"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlanıb



 

"Qarabağ"ın "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün İsveçrəyə səfər proqramı bəlli olub.

SeherXeber.org xəbər verir ki, "köhlən atlar" iyulun 27-də Sürix şəhərinə yollanacaq.

Komandanı aparan təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.