Braziliyalı yarımmüdafiəçi “Fənərbağça”dan ayrıldı



 

“Fənərbağça” yarımmüdafiəçi Luis Qustavo ilə yollarını ayırıb.

SeherXeber.org xəbər verir ki, bununla bağlı klub rəsmi məlumat yayıb.

Bildirilib ki, 35 yaşlı braziliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Qeyd edək ki, Luis Qustavo 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.