"Arsenal" "Mançester Siti"nin futbolusunu transfer edib



 

İngiltərə "Arsenal"ı "Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenkonu heyətinə qatıb.

SeherXeber.org xəbər verir ki, ukraynalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

"Topçular" 26 yaşlı sol cinah oyunçusu üçün "şəhərlilər"ə 32 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Aleksandr Zinçenko "Mançester Siti"yə 2016-cı ildə Rusiyanın "Ufa" klubundan 2 milyon avroya keçmişdi.