Rusiya futbol millisi və klubları FIFA 23-də olmayacaq



 

“EA Sports” FIFA 23 oyununa Rusiya milli futbol komandası və ölkənin futbol klublarını əlavə etməyəcəyini təsdiqləyib.

“EA Sports” Ukrayna xalqı ilə həmrəydir. FİFA və UEFA-dan olan tərəfdaşlarımızın dəstəyi ilə “EA Sports” Rusiya millisini və ya Rusiya klublarını FIFA 23-ə daxil etməyəcək”, - tərtibatçıların bəyanatında deyilir.

Qeyd edək ki, martın əvvəlində şirkət Rusiya millisi və klublarını FIFA 22 və NHL 22-dən çıxarıb. Həmçinin, Rusiya və Belarusda “EA Sports”un bütün oyunlarının satışı dayandırılıb.

Mənbə: Sports.ru