Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri üz-üzə gələcək



 

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.

SeherXeber.org ın məlumatına görə, növbəti oyun günündə 5 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

HİK Finlandiyada Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə, "Makkabi" (Hayfa) isə İsraildə Yunanıstan "Olimpiakos"u ilə görüşəcək.

"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini sınağa çəkəcək.

Nəhayət, günün sonuncu matçında Moldova "Şerif"i Sloveniyada "Maribor"un qonağı olacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyunlar

20:00. HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)

22:00. "Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)

22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova)