"Qarabağ" - "Sürix" oyununa satılmış biletlərin sayı açıqlandı



 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən "SeherXeber.org"- a verilən məlumata görə, qarşılaşma üçün 23 min bilet satılıb.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab matçı iyulun 27-də olacaq.