Levandovski “Barselona”da - RƏSMİ



 

Polşalı hücumçu Robert Levandovski artıq “Barselona”nın futbolçusudur.

SeherXeber.org xəbər verir ki, məlumat “Bavariya” klubu tərəfindən rəsmi olaraq elan edilib.

Qeyd olunur ki, Kataloniya klubu R.Levandovskinin transferi üçün 45 milyon avro və əlavə 5 milyon avro bonus ödəyəcək.

Levandovskinin tezliklə “Barselona”da tibbi müayinədən keçəcəyi və 3 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, polşalı hücumçu 2014-cü ildən “Bavariya”da oynayırdı.