“Mən də “özündən razılıq” xəstəliyinə tutulmuşdum”



 

"Çəkiliş gedirdi. Rasim müəllim (Xalq artisti, rejissor Rasim Ocaqov- red) mənə siqareti tələm-tələsik şəkildə atmağım barədə təlimat verdi. Mən isə bunu bir estetika ilə etmək istəyirdim, alınmadı. Təxminən 7-8 dəfə siqaret atmaq səhnəsini yenidən çəkməli olduq.

Özüm-özümə qəzəbləndim. Yəni bir siqareti ata bilmədim? Bir-birimizlə dalaşdıq. Məndə də bir balaca "özündən razılıq" xəstəliyi var idi. O, bunun fərqinə vardı və yerindəcə o, xasiyyətimi boğub öldürdü".

SeherXeber.org olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan!" verilişində mərhum rejissor Rasim Ocaqov haqqında deyib.

Manafov kinorejissora olan sevgisini və hörmətini də dilə gətirib: "Mən ondan heç vaxt ayrılmamışam. Rasim müəllim mənim hər zaman ürəyimdə və düşüncələrimdə qalacaq. O, zaman bir kölgə kimi mənim arxamda olub".