"Qarabağ" cavab oyununa ciddi itki ilə çıxır



 

"Qarabağ"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.

"SeherXeber.org" "Reporta istinadla xəbər verir ki, "köhlən atlar"ın aparıcı yarımmüdafiəçisi Qara Qarayev zədə səbəbindən bugünkü qarşılaşmanı buraxacaq.

30 yaşlı oyunçunun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Poznandakı ilk matçda Ağdam klubu 0:1 hesabı ilə uduzub.