Qazaxıstanı təmsil edən tennisçi Uimbldon qalibi olub



 

Yelena Rıbakina tennis üzrə “Böyük Dəbilqə” turnirinin qalibi olan ilk Qazaxıstan tennisçisi olub.

SeherXeber.org xəbər verir ki, Yelena Rıbakina finalında tunisli tennisçi Cabir Unsu məğlub edib.

23 yaşlı Rıbakina bu qələbə ilə 2011-ci ildən bəri Uimbldonda çempionluğu qeyd edən ən gənc çempion olub.

Oyun bitdikdən sonra jurnalistlərə açıqlama verən Yelena Rıbakina qısa olaraq “nə qədər xoşbəxt olduğumu sizə sözlə ifadə edə bilməyəcəm” cümləsini işlədib.