"Qarabağ"ın rəqibi Super Kuboku qazana bilmədi



 

Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.

SeherXeber.org xəbər verir ki, yeni mövsümün ilk titulu uğrunda görüşdə çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" komandaları üz-üzə gəlib.

Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bununla da "Rakuv" iki ildən sonra - tarixində ikinci dəfə Superkubok əldə edib.

Qeyd edək ki, "Lex" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. İki komanda arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.