"Mançester Siti"nin yarımmüdafiəçisi "Çelsi" ilə anlaşıb



 

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Rahim Sterlinq "Çelsi" ilə anlaşıb.

28 yaşlı hücumameylli yarımmüdafiəçi London təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Klubların da yaxın saatlarda öz aralarında razılığa gələcəkləri gözlənilir.

"Zadəganlar"ın bu keçid üçün qarşı tərəfə 35 milyon funt sterlinq təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Rahim Sterlinq 2015-ci ildən "Mançester Siti"də çıxış edir.