"Fənərbağça" "Qəbələ"nin rəqibini darmadağın edib



 

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı yoxlama oyunu keçirib.

SeherXeber.org xəbər verir ki, Mixael Borisin baş məşqçi olduğu komanda Avstriyada Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.

Qarşılaşma İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.