Çinin inadkarlığı türk kapitanın həyatı bahasına başa gəlib



 

SeherXeber.org xəbər verir ki, türk kapitanı Selçuk Elibol Çində həyatını itirib: “Rutin ölçmə zamanı müvazinətini itirərək beton döşəməyə yıxılan gənc kapitan həyatını itirib.
36 yaşlı Selçuk Elibol Almaniyanın gəmiçilik şirkətində işləyib. Liberiya bayraqlı quru yük gəmisi Çin limanında yüklənib.
Çin səlahiyyətliləri kapitana rutin ölçmə üçün gəmidən enməyə icazə verməyib. Elibol gəminin kənarından asılmış kəndir nərdivanı ilə ölçmək məcburiyyətində qalıb və o, müvazinətini itirərək yıxılıb.
Təxminən 10 metrdən beton döşəməyə çırpılan kapitana ekipaj kömək etmək istəyib. Çin hakimiyyəti  onların qarşısını kəsib. Həkimlər gələndə isə artıq gec olub.
Kapitan Səlcuq Elibolun cənazəsi Çindəki prosedurlar tamamlanandan sonra Türkiyəyə gətiriləcək”.
Nigar