ABŞ-dan maraqlı xəbərdarlıq: “İquana yağışı ola bilər”



 

SeherXeber.org xəbər verir ki, ABŞ-da meteorologiya xidməti Florida əhalisinə xəbərdarlıq edib: “Soyuq hava səbəbiylə hərəkətsiz qalan iquanalar ağacdan düşə bilər.
ABŞ-ın Mayami şəhəri üçün edilən meteoroloji xəbərdarlıqda son 10 ilin ən aşağı temperaturunun qeydə alındığı və iquanaların soyuqqanlı heyvanlar olduğu qeyd edilib.
Bildirilib ki, havanın temperaturu 4-9 dərəcəyə endikdə iquanalar hərəkətsiz olurlar və ağaclardan düşə bilirlər, amma ölmürlər”.
Nigar