Ərdoğandan mikrofonu alan uşağın çıxışı gündəm olub



 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trabzonda açılış mərasimindəki çıxışından sonra səhnəyə çıxan uşaq müraciəti ilə gündəm olub.

SeherXeber.org xəbər verir ki, səhnəyə çıxan Barat Can Gürsoy adlı azyaşlı əvvəlcə Ərdoğandan 10 ildir həbsxanada olan atasının sərbəst buraxılmasını istəyib. Sonra isə gənc, Türkiyə prezidentindən mikrofonu alaraq, “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain. Ən yaxşı adam buradadır, səsinizi ona verin” deyə müraciət edib. Ərdoğan uşağı dinlədikdən sonra onunla birlikdə qırmızı lenti kəsib.

Qeyd edək ki, ölkənin bir qisim siyasətçiləri və tənqidçiləri Ərdoğanı tənqid edərək bu kimi senarilərin onun seçkilərdə nüfuzuna təsir edəcəyini bildiriblər.
Akif Nəsirli