Moskvada miqrantların qeydiyyat qaydaları dəyişə bilər



 

Moskva prokuroru Denis Popov hesab edir ki, şəhərdə miqrantların genetik qeydiyyatı tətbiq edilməlidir.

SeherXeber.org xəbər verir ki, prokuror deportasiya edilən əcnəbilərin çoxunun vətənlərində sənədlərini dəyişərək Rusiyaya qayıdıqlarını bildirib. Onun sözlərinə görə, təkcə ötən il 800 belə hal müəyyən edilib. Bu səbəbdən də, paytaxt prokuroru miqrantların genetik qeydiyyatının lehinə çıxış edib. Onun sözlərinə görə, yalnız genetik qeydiyyat vəziyyəti dəyişə bilər.

Popov hesab edir ki, genetik qeydiyyat digər məsələlərlə yanaşı, cinayətlərin, o cümlədən bir neçə il əvvəl törədilmiş cinayətlərin açılmasına da kömək edəcək.
Akif Nəsirli