ATƏT-in  keçmiş baş katibi:  “Rusiya və ABŞ hərbi münaqişəyə can atmır”



 

SeherXeber.org xəbər verir ki, ATƏT-in keçmiş baş katibi Tomas Qreminger Rusiya və Qərb ölkələrinin hərbi münaqişəyə can atmadığını söyləyib: “Sərt bəyanatlara və güc nümayişinə baxmayaraq, Rusiya və Qərb ölkələri hərbi münaqişəyə cəlb olunmaq niyyətində deyil”.
Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında aqressiv hərəkətlərinin artması ilə bağlı narahatlıq ifadə edib. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib. Kremldən isə bildirilib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir ki, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir”.
Nigar