Tərbiyəsiz şagirdin "həzin" sonu - VİDEO



 

Son günlər sosial şəbəkələrdə şagirdlərin tərbiyəsizliyini əks etdirən görüntülər yayılır.

Onlar müəllimə qarşı etdiyi hörmətsizlikləri ilə yanaşı, sinifdə etdikləri hərəkətlərə görə ictimaiyyət tərəfindən qınanılır. Hətta ortaya çıxan mənzərələrdən sonra müəllimin belə şagirdlərə şiddət göstərməsinin labüd olduğunu söyləyənlər də var. Bundan əlavə, günahı həmin məktəblilərin valideynlərində görənlər də az deyil.

SeherXeber.org sosial şəbəkə istifadəçisi Fərid Abdullahın müzakirə olunan mövzu ilə bağlı dublaj etdiyi videoçarxı təqdim edir. Qısametrajlı film özündə sosial mesaj ehtiva edir.

Videoda müəllimə qarşı tərbiyəsizlik nümayiş etdirən şagirdlərə hansı cəzanın verildiyi yer alır. Burada həmçinin təhsil müəssisəsində etdiyi qanunsuzluqlara görə onlarla məktəblilərin aldığı cəzalardan sonra peşmanlığına işarə olunub.

Elvin