Ukraynada çağırışçı 4 həmkarını güllələyib və silahla qaçıb



 

SeherXeber.org xəbər verir ki, Dnepr şəhərində yerləşən hərbi hissənin ərazisində çağırışçı dörd həmkarını güllələyib. Bu barədə cümə axşamı yerli "Informator" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə saat 04:00 radələrində baş verib. Əsgər silah anbarından avtomat və patronları götürərək həmkarlarına atəş açıb. Bu zaman onunla birlikdə otaqda 22 nəfər olub.

Polisin məlumatına görə, atışma nəticəsində dörd hərbçi həlak olub, daha biri yaralanıb. Adı açıqlanmayan əsgər silahla qaçıb. Bölmənin ərazisi mühasirəyə alınıb, qaçan əsgərin axtarışları davam edir.
Akif Nəsirli