İran mühafizəkarları XİN-ə cəza tələb edir



 

SeherXeber.org xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Amerika ilə birbaşa danışıqlar aparılmasının mümkünlüyü ilə bağlı dediyi fikirlər ölkədə qalmaqala səbəb olub.

Qum elmi hövzəsinin (dini mədrəsə) bir qrup tələbəsi və müəllimi İran parlamentindən Abdullahiana qarşı "inqilabi" tədbirlər görməyi tələb ediblər.

Onlar yaydıqları bəyanatda naziri "bu cür yersiz və məntiqsiz" fikirlərini düzəltməyə, Ruhani hökuməti və Zərifin yol verdiyi "sadəlövhlük" və "səhvi" təkrarlamamağa çağırıblar.
Akif Nəsirli