Rusiya qırıcılarının bu ölkəyə göndərilməsi yekunlaşdı - VİDEO



 

Rusiya Müdafiə Nazirliyi Su-35 qırıcılarının təlimlər üçün Belarusa göndərilməsini başa çatdırıb.

SeherXeber.org ” xəbər verir ki, döyüş təyyarələri Rusiyanın Uzaq Şərqin bölgəsindən Belarusa gətirilib:

“Ekipajlar Xabarovsk diyarındakı aerodromdan qalxaraq səkkiz min kilometrə yaxın məsafəni qət ediblər”, - departamentdən bildirilib.

Müdafiə Nazirliyi bildirib ki, Belarus ərazisi üzərində uçuş marşrutları ilə tanış olduqdan sonra Su-35S təyyarələrinin ekipajları döyüş növbəsinə keçəcəklər.

Mürtəza
SeherXeber.org