NATO Rusiyanın tələblərini rədd edib



 

SeherXeber.org xəbər verir ki, NATO Rusiya Federasiyasının alyansın genişlənməkdən imtinası da daxil olmaqla tələblərini rədd edib, lakin Moskvaya üç istiqamətdə dialoq təklif edib: ikitərəfli əlaqələrin bərpası, o cümlədən diplomatik nümayəndəliklərin açılması; Ukrayna da daxil olmaqla, Avropa təhlükəsizliyi, risklərin azaldılması və silahlara nəzarət.

Bunu təşkilatın baş katibi Yens Stoltenberq alyansın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabını təqdim edərkən deyib.

O, bildirib ki, NATO onilliklər ərzində təhlükəsizliyə əsaslandığı prinsiplərdən güzəştə gedə bilməz:

"NATO Ukrayna kimi istənilən ölkənin üzvlük haqqı hüququna hörmət edir. Mən irəliləyişin mümkün olduğu üç sahəni qeyd edəcəm: - birincisi, biz Moskva və Brüsseldəki ofislərimizi yenidən qurmalı, hərbi-hərbi əlaqələrdən tam istifadə etməli və fövqəladə hallar üçün mülki qaynar xətt yaratmalıyıq. İkincisi, Avropa təhlükəsizliyi üzrə dialoq, o cümlədən Ukraynada və onun ətrafında. Üçüncüsü, risklərin azaldılması, şəffaflığın və silahlara nəzarətin artırılması səyləri”, - deyə Stoltenberq bildirib.
Akif Nəsirli