Almaniyanın Ukraynaya təklifi reaksiya doğurub



 

SeherXeber.org xəbər verir ki, Almaniyanın Ukraynaya 5 min hərbi dəbilqə göndərmək təklifi reaksiyalara səbəb olub: “Kiyev meri Vitali Kliçko “Bu təklif zarafatdır? Almaniya bundan sonra nə cür dəstək göndərəcək?”  deyib.
Rusiyanın Ukrayna sərhədinə yerləşdirdiyi 100 min əsgəri və tez-tez keçirdiyi hərbi təlimlərlə bölgədə müharibə küləkləri əsməyə başlayıb. Avropa və ABŞ bürokratik cəhdlərin uğursuzluğundan sonra masaya başqa alternativlər qoyub.
ABŞ prezidenti Co Bayden vəd etdiyi hərbi yardımı Kiyevə göndərib. ABŞ-ın Ukraynaya göndərdiyi 200 milyon dollar və 79 ton hərbi yardımın üçüncü partiyası dünən çatdırılıb.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Rusiya ilə müharibə astanasında olan Ukrayna üçün 1 milyard 200 milyon avroluq yardım paketi hazırladıqlarını açıqlayıb.

 İngiltərə mümkün işğala qarşı Ukraynaya tank əleyhinə silahlar göndərdiyi halda, Kanada Kiyevə kiçik bir hərbi hissə göndərib”.
Nigar