Stoltenberqdən sərt açıqlama: "NATO Rusiyaya güzəştə getməyəcək"



 

"NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək".

SeherXeber.org xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O, deyib ki, NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək:

"Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı deyib ki, dialoq ziddiyətlərin nizamlanması üçün zəruridir. NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”.

NATO baş katibi həmçinin Rusiyanı missiyalarının bərpasına dəvət edib. Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib.

"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - deyə Stoltenberq bildirib.
Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyaya birbaşa rabitə xətti yaratmağı təklif edir
Akif Nəsirli